«Qəbələ» «Simurq» səddini aşa bilmədi
Xəbərlər / 10 Fevral 2015 | 15:53199
«Qəbələ» «Simurq» səddini aşa bilmədi

“Simurq” – “Qəbələ” - 2:0
10 fevral 2015. Saat 17:00. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Elvin Əsgərov
Dördüncü hakim: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: İdan Vaytsman, 14 (qeyri-idman hərəkəti); Tural Axundov, 42 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 65 (hakimin qərarına etiraz); Vüqar Mustafayev, 84 (oyunun bərpasını gecikdirdiyinə görə) // Viktor Mendi, 14 (hakim qərarına etiraz); Rafael Santos, 55 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Dmitri Bezotosnı, 45+2 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə)
Qollar: Draqan Çeran, 24; 45+2 (p.)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.


Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. Mövsümün ikinci yarısında üçüncü qarşılaşmasını keçirən “Qəbələ” “Simurq”la qarşılaşıb. Zaqataladakı ilk görüşdə səfər qələbəsi qazanan “qırmızı-qaralar” xal hesabında rəqibinə çatıb, 4-cü pilləyə yüksəlmək üçün eyni uğuru təkrarlamalı idi. Ötən tur öz meydanında AZAL-a məğlub olan “Qəbələ”nin start heyətində yalnız bir dəyişiklik edilib. Baş məşqçi Bəxtiyar Soltanovun əvəzinə təcrübəli Viktor Mendini ilk dəqiqələrdən meydana buraxıb.

Hakimin start fiti ilə komandalar qarşılıqlı hücumlar təşkil etsə də, qapıçıların işi o qədər də çox olmayıb. Çərçivəyə ilk zərbə də təxminən ilk yarının ortalarından qeydə alınıb. Lakin Ruslan Fominin zərbəsi təhlükəli alınmayıb. Ardınca cüzi ərazi üstünlüyünü ələ alan meydan sahibləri tezliklə hesabı açıb. Samir Zərgərovun ötürməsindən sonra Draqan Çeran dəqiq oynayıb. “Qırmızı-qaralar” oyunda dönüş yaratmağa çalışsa da, hissənin sonlarında buraxılan ikinci qola üzülüblər. Onunla təkbətək çıxan Zərgərovun qarşısını “sonuncu ümid qolu” ilə dayandıran Dmitri Bezotosnı həm komandamızı azlıqda qoyub, həm də penaltiyə səbəb olub. Futbolçulardan birini əvəzləyib, meydana daxil olan Anar Nəzirov da penaltini yerinə yetirən Çeranın dublu rəsmiləşdirməsinə mane olmayıb.

Azlıqda qalmasına baxmayaraq, fasilədən sonra daha çox hücum edən komanda “Qəbələ” olub. Baş məşqçi Roman Qriqorçukun əvəzetmələrlə oyuna müdaxiləsinin də bunda rolu olub. Belə ki, komandanın heyətində meydana sonradan çıxan Dodo və Ekiqo Ehiosun daha çox fəallıq göstərib. Lakin “qırmızı-qaralar”ın hücumları yalnız bir dəfə real qol vəziyyətinin yaranması ilə nəticələnib. Aleksey Qayın cərimə zərbəsindən sonra qonaqlar qola yaxın olsa da, top sonda Ekiqoya toxunub, istiqamətini dəyişib.

Beləliklə, “Qəbələ”nin “Simurq”la səfər oyunlarındakı uğurlu seriyası qırılıb. Zaqatala təmsilçisi ilə rəqib meydanındakı son 3 görüşdə xal qazanan “qırmızı-qaralar” sonuncu dəfə 648 gün əvvəl – 2013-cü il mayın 3-də “Simurq”la səfər matçında məğlub olmuşdu.

“Simurq”

1. Pavel Kapsa
2. İlkin Qırtımov (k)
4. Xuan Alberto
(3. Adam Banaş, 5)
6. Samir Zərgərov
7. Elnur Abdullayev
(14. Vüqar Mustafayev, 77)
10. Rəşad Eyyubov
11. Draqan Çeran
(22. Cihan Özkara, 69)
18. Tural Axundov
20. İdan Vaytsman
26. Benjamin Lambot
88. Marko Stanoyeviç
Ehtiyat oyunçular:
35. Amil Ağacanov
8. Patrik Osiako
9. Mirzağa Hüseynpur
15. Stepan Polyak

Baş məşqçi: George Çixradze

“Qəbələ”

22. Dmitri Bezotosnı
4. Elvin Camalov
6. Rəşad Sadiqov
9. Viktor Mendi
(90. Ekiqo Ehiosun, 61)
14. Cavid Hüseynov
(10. Dodo, 46)
15. Ruslan Abışov (k)
18. Ruslan Fomin
(30. Anar Nəzirov, 45+2)
19. Aleksey Qay
32. Mixail Sivakov
34. Ürfan Abbasov
44. Rafael Santos

Ehtiyat oyunçular:

5. Sadiq Quliyev
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
27. Bəxtiyar Soltanov

Baş məşqçi: Roman Qriqorçuk