«Qəbələ» «Simurq» səddini aşa bilmədi
Xəbərlər / 13 Mart 2015 | 16:04200
«Qəbələ» «Simurq» səddini aşa bilmədi

“Simurq”-“Qəbələ” – 0:0
13 mart 2015. Saat 17:00. Zaqatala şəhər stadionu, 2000 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Kamran Bayramov
Dördüncü hakim: Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Vüqar Mustafayev, 4 (oyunun bərpasını ləngitdiyinə görə); İlkin Qırtımov, 59 (qeyri-idman hərəkəti) // Bəxtiyar Soltanov, 32 (qeyri-idman hərəkəti); Viktor Mendi, 57 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 75 (qeyri-idman hərəkəti); Rafael Santos, 84 (hakim qərarına etiraz)
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. “Qəbələ” səfərdə “Simurq”la qarşılaşıb. İlk matçda 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” Zaqatalada məğlubiyyətin əvəzini çıxmaq üçün meydana çıxıb. Roman Qriqorçuk komandanın son oyunu – Premyer Liqanın “Sumqayıt”la görüşü ilə müqayisədə start heyətində bir dəyişiklik edib. Heyətə dönən kapitan Ruslan Abışov yenidən “11-lik”də yer alıbsa, Elvin Camalov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. Bu dəyişiklik taktiki düzülüşdə də öz əksini tapıb. Abışovun mərkəz müdafiəçisi mövqeyində oynaması üzündən Mixail Sivakov dayaq yarımmüdafiəçisi kimi çıxış etməli olub.
Sönük keçən ilk yarıya “Qəbələ” daha fəal başlayıb. Rəqibini öz qapısına sıxmağı bacarıb. Lakin “çərçivə” önündə ciddi təhlükə yaranmayıb. Amma təşəbbüsü ələ alan “Simurq” meydanda bərabər mübarizənin getməsini təmin edib. Qarşılıqlı hücumlar şəraitində keçən 45 dəqiqədə qapıçılar ciddi təhlükə ilə üzləşməyib.
Fasilədən sonra iki dəyişiklik edən Qriqorçuk Camalovla Ruslan Fomini də meydana buraxıb. Sonuncunun oyuna daxil olması ilə “qırmızı-qaralar” iki hücumçu ilə mübarizə aparmağa başlayıb. Lakin bu da öz bəhrəsini verməyib.
Rikardinyonun da meydana daxil olması ilə növbəti taktiki dəyişiklik edilib. Belə ki, braziliyalı müdafiənin sol cinahında yer aldığından Ürfan Abbasov sağa çəkilib. Orada yer alan Bəxtiyar isə yarımmüdafiənin sağ cinahına keçib, Cavid Hüseynov mərkəzdə mübarizə aparmağa başlayıb. Elə komandamızın ən real qol vəziyyətlərini də Bəxtiyar əldə edib. Əvvəl Aleksey Qayın ötürməsinə yetişməyən yarımmüdafiəçinin az sonra başla zərbəsi “çərçivə”yə düşməyib. Ən real qol vəziyyəti isə Alekseyin güclü zərbəsi zamanı yaranıb. Lakin uzatma dəqiqələrindəki zərbəni Pavel Kapsa dəf edə bilib. Bu da komandamızın “Simurq”la oyundakı son qol imkanı olub.
Beləliklə, səfərdən qolsuz heç-heçə ilə ayrılan “Qəbələ” ölkə kubokunda mübarizəni dayandırıb.

“Simurq”
1. Pavel Kapsa
2. İlkin Qırtımov (k)
4. Xuan Alberto
7. Elnur Abdullayev
10. Rəşad Eyyubov
(13. Əli Gökdemir, 66)
11. Draqan Çeran
14. Vüqar Mustafayev
(5. Vadim Abdullayev, 46)
18. Tural Axundov
20. İdan Vaytsman
26. Benjamin Lambot
88. Marko Stanoyeviç
(15. Stepan Polyak, 58)

Ehtiyat oyunçular:
35. Amil Ağacanov
3. Adam Banaş
8. Patrik Osiako
22. Cihan Özkara

Baş məşqçi: George Çixradze

“Qəbələ”
22. Dmitri Bezotosnı
6. Rəşad Sadiqov
(4. Elvin Camalov, 54)
9. Viktor Mendi
14. Cavid Hüseynov
15. Ruslan Abışov (k)
19. Aleksey Qay
27. Bəxtiyar Soltanov
32. Mixail Sivakov
(18. Ruslan Fomin, 53)
34. Ürfan Abbasov
44. Rafael Santos
90. Ekiqo Ehiosun
(20. Rikardinyo, 67)

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
16. Ruslan Tağızadə
25. Adrian Ropotan

Baş məşqçi: Roman Qriqorçuk