«Qəbələ» «Şkendiya» ilə qarşılaşacaq
Xəbərlər / 27 Yanvar 2021 | 15:41268
«Qəbələ» «Şkendiya» ilə qarşılaşacaq

UEFA Gənclər Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib. Tədbirdə 1/32 final cütləri müəyyənləşib. Çempionlar yolunda mübarizə aparan “Qəbələ”nin rəqibi də bəlli olub. 19 yaşadək futbolçulardan ibarət komandamız bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Bir oyundan ibarət mərhələnin görüşləri martın 2-3-də baş tutacaq. “Qırmızı-qaralar” 1/16 finala vəsiqə uğrunda matçı səfərdə keçirəcək.