Sabah Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın ev matçı bu rəqiblə 32-ci görüş olacaq.
İndiyədək komandalar 31 dəfə üz-üz gəlib. Əvvəlki matçlarda “Qəbələ” 18 qələbə qazanıb, 9 heç-heçə edib və 4 dəfə məğlub olub. Rəqib qapısından 49 top keçirən “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda yubiley – 50-ci qola imza ata bilər. Komandamız “Sumqayıt”la görüşlərdə 24 qol buraxıb. Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.
“Qırmızı-qaralar” Sumqayıtın eyniadlı təmsilçisi ilə 30 dəfə çempionat, 1 dəfə kubokda görüşüb. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 9 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən futbolçularımız 24 qol buraxıb.
16-cı dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında keçirdiyi 15 oyunun 11-də qələbə qazanıb. 3 heç-heçə edən meydan sahibləri 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 26:9.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.
“Qəbələ” - “Sumqayıt”: Bütün oyunlar
2011/12 mövsümü
14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2
Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41
04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1
Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39
2012/13 mövsümü
26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1
Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18
8.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1
Viktor Mendi, 39
2013/14 mövsümü
19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1
Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12
25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Daniel Subotiç, 24, Dodo, 63
02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3
Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57
17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1
Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7
2014/15 mövsümü
24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1
Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40
18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1
Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)
08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Viktor Mendi, 23, 34
08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2
Aleksey Qay, 39, Viktor Mendi, 41
2015/16 mövsümü
21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0
Aleksey Qay, 90+2 (p.)
21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2
Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 - Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71
14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0
Ermin Zets, 69
09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1
Aleksey Qay, 65 - Pərdis Fərcad-Azad, 85 (p.)
2016/17 mövsümü
22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Baqali Dabo, 85; 90
25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2
Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) - Rəşad Eyubov, 64; Filip Ozobiç, 73
28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1
Vitali Vernidub, 58 - Məhəmməd Qurbanov, 53
29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1
Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40
2017/18 mövsümü
20.08.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0
Tellur Mütəllimov, 40
14.10.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1
Famoussa Kone, 29
02.04.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1
Stiven Monroz, 55 - Nicat Qurbanov, 83
12.05.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:2
Baqali Dabo, 37; Cavid Hüseynov, 88
2018/19 mövsümü
25.08.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1
Təmkin Xəlilzadə, 43 (p.) - Yusif Nəbiyev, 90+3
27.10.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 2:2
Şəhriyar Əliyev, 7, 19 - Stiven Monroz, 42; Atakora Lalavele, 56
03.02.2019. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:0
Stiven Monroz, 84
11.05.2019. Premyer Liqa. Sumqayıt – Qəbələ – 1:0
Ülvi İsgəndərov, 68
19.05.2019. Azərbaycan Kuboku. Qəbələ – Sumqayıt – 1:0
Stiven Monroz, 3
2019/20 mövsümü
17.08.2019. Premyer Liqa. Qəbələ – Sumqayıt – 0:2
Mehdi Şərifi, 13, 26
08.12.2019. Premyer Liqa. Sumqayıt – Qəbələ – 1:1
Peyman Babayi, 31 (p.) // Fernan Lopez, 23