«Qəbələ» «Sumqayıt»a qalib gəldi
Xəbərlər / 7 Sentyabr 2019 | 20:03309
«Qəbələ» «Sumqayıt»a qalib gəldi

“Sumqayıt” – “Qəbələ” – 1:3

Asif Məmmədov, 2, Ülvi İsgəndərov, 51, 61

“Qəbələ” milli komandaların qarşılaşmaları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” bu gün “Sumqayıt”la üz-üzə gəlib. Qarşılaşma Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutub.

Baş məşqçi vəzifəsini icra edən Elmar Baxşıyev bu görüşdə aşağıdakı “11-liy”ə şans verib: 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 3. İvitsa Juniç, 74. Yusif Nəbiyev, 77. Merab Qiqauri, 11. Asif Məmmədov, 21. Fernan Lopes, 9. Davit Volkov, 14. Ülvi İsgəndərov, 7. Roman Hüseynov.

Qarşılaşma erkən qolla start götürüb. Matça fəal başlayan “Qəbələ” Asif Məmmədovun 2-ci dəqiqədəki qolu ilə hesabı açıb. İlk yarı qarşılıqlı hücumlarla keçsə də, hesab dəyişməyib. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. Komandamızda Sadiq Quliyev Rasimi, Faiq Hacıyev Fernanı əvəzləyib. İkinci 45 dəqiqə də qolla başlayıb. Bu dəfə qarşılıqlı qolla qeydə alınıb. Öncə meydan sahibləri fərqlənərək hesabda tarazlıq yaradıblar. 51-ci dəqiqədə Ülvi İsgəndərov “qırmızı-qaralar”ı yenidən önə çıxarıb. Hücumlarına ara fərqlənib. Ülvi 61-ci dəqiqədə dublunu rəsmiləşdirib. Beləliklə, “Qəbələ” yoxlama verməyən “Qəbələ” matçın sonuna qədər daha bir dəfə oyunundan 3:1 hesablı qələbə ilə ayrılıb.