Premyer Liqanın 4-cü turu çərçivəsində doğma meydançada “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” bugün keçirdiyi məşqlə matçın hazırlıqlarını tamamlayıb. “Neftçi” ilə görüşdə yüngül zədə alan Omar Kalabane ilk iki günü fizioterapevtin nəzarəti altında hazırlıq keçdikdən sonra zədəsini sağaldıb və komanda ilə birlikdə məşqlərə qatılıb.
Matç öncəsi komandanın baş məşqçisi Fatih Kavlak fikirlərini gabalafc.az-la bölüşüb:
“Mövsümün dördüncü oyununu azarkeşlərimizin önündə oynayacağıq. “Sumqayıt”ın ötən tur öz meydanında böyük hesabla məğlub olması matçın çətinlik dərəcəsini artırsa da, komandamızın yaxşı oyun göstərərək istədiyi nəticəni alacağına inanıram. Azarkeşlərimizi matçı seyr etməyə və komandaya dəstək olmağa dəvət edirik”.