«Qəbələ» «Sumqayıt»la oyunun hazırlığına start verdi
Xəbərlər / 6 Aprel 2016 | 17:51139
«Qəbələ» «Sumqayıt»la oyunun hazırlığına start verdi

“Qəbələ” Topaz Premyer Liqasının XXIX turunun hazırlığına start verib. “Qırmızı-qaralar” “Sumqayıt”la səfərdə keçiriləcək oyuna Bakıda hazırlaşır. XXVIII turun “İnter”lə görüşünün ertəsi gün məşq edib, ardından bir günlük istirahətə buraxılan komandamız paytaxtda bir araya gəlib. Bu gün baş tutan məşqdə “Qəbələ” tam heyətlə hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən hazırlıqda bir müddət zədəli olan Dodo da komanda ilə çalışıb. Toplu məşqə üstünlük verən Roman Qriqorçukun yetirmələri sabah da Bakıda hazırlıq keçəcək. Aprelin 8-də baş tutacaq oyunöncəsi son məşq isə Sumqayıtda gerçəkləşəcək.
Xatırladaq ki, aprelin 9-da keçiriləcək “Sumqayıt” – “”Qəbələ” matçı “Kapital Bank Arena”da baş tutacaq. Oyun saat 14:00-da start götürəcək. Qarşılaşmanı Ömər Paşayev idarə edəcək.
XXIX tur
9 aprel
14:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
“Kapital Bank Arena”