«Qəbələ» «Sumqayıt»la qarşılaşacaq
Xəbərlər / 10 Dekabr 2021 | 19:13213
«Qəbələ» «Sumqayıt»la qarşılaşacaq

“Qəbələ” Azərbaycan kubokunun 1/4 finalında “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar” 1/8 finalda MOİK-i 3:1 hesabı ilə məğlub edib. “Gənclik şəhəri” təmsilçisi ilk raunddan azad olub.

1/4 final mərhələsinin “Qəbələ” və “Sumqayıt” arasında oyunları gələn il baş tutacaq. 2022-ci il fevralın 2-də Sumqayıtda üz-üzə gələcək komandalar 11 gündən sonra Qəbələdə görüşəcək.