“Qəbələ” “Sumqayıt”la qarşılaşacaq
Xəbərlər / 23 İyul 2025 | 19:3011223
“Qəbələ” “Sumqayıt”la qarşılaşacaq

“Qəbələ” yeni mövsümün hazırlığını davam etdirir.

 

“Qırmızı-qaralar” Qəbələdə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. 3-cü sınaq matçında rəqib “Sumqayıt” olacaq.

 

Qarşılaşma iyulun 27-də baş tutacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, “Qəbələ” mövsümlərarası dövrdə keçirdiyi yoxlama oyunlarında “Şamaxı”ya 2:1, “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib.