Topaz Premyer Liqasının XV turunun təyinatları açıqlanıb. Yanvarın 28-də keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Öz meydanında “Sumqayıt”la qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüşü Əliyar Ağayev idarə edəcək. FİFA hakiminin köməkçiləri Zeynal Zeynalovla Rza Məmmədov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Şaiq Həmidov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Arif Fərəcov olacaq.
Xatırladaq ki, yanvarın 28-də baş tutacaq “Qəbələ” – “Sumqayıt” matçı saat 15:00-də başlayacaq.
Topaz Premyer Liqası
XV tur
28 yanvar (şənbə)
15:00. “Qəbələ” – “Sumqayıt”
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Şaiq Həmidov
Qəbələ şəhər stadionu