Topaz Premyer Liqasının II turunun bütün təyinatları müəyyənləşib. “Qəbələ”nin “Sumqayıt”la ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi bəlli olub. Avqustun 20-də keçiriləcək matçın baş hakimi funksiyası Əliyar Ağayevə tapşırılıb. FİFA hakiminə Rza Məmmədovla Akif Əmirəli kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Ömər Paşayev olacaq. Ədalət təmsilçilərinin işinə Şahin Cəfərov qiymət verəcək. Matçın AFFA nümayəndəsi Əsgər Əmirəliyev olacaq.
Xatırladaq ki, avqustun 20-də baş tutacaq “Qəbələ” – “Sumqayıt” matçı Qəbələ şəhər stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.
Topaz Premyer Liqası
II tur
20 avqust (bazar)
20:00. “Qəbələ” – “Sumqayıt”
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Akif Əmirəli
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu