Topaz Premyer Liqasında XXI turun təyinatları açıqlanıb. Aprelin 1-də start götürüb, iki gün davam edəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər müəyyənləşib. “Qəbələ”nin “Sumqayıt”la ev oyununun təyinatları da bəlli olub. Aprelin 2-də keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq matçda onun köməkçiləri Akif Əmirəli və Vüqar Bayramov olacaq. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Kərim Ağayev qiymət verəcək. Matçın AFFA nümayəndəsi Seymur Səlimli olacaq.
Xatırladaq ki, aprelin 2-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı saat 17:00-da başlayacaq.
Topaz Premyer Liqası
XXI tur
2 aprel (bazar ertəsi)
17:00. “Qəbələ” – “Sumqayıt”
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Vüqar Bayramov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu