Azərbaycan Premyer Liqasında V turun oyun cədvəli açıqlanıb. Turun qarşılaşmaları üç günü əhatə edəcək. “Qəbələ” oktyabrın 3-də “Sumqayıt”la görüşəcək. “Qırmızı-qaralar” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
V tur
3 oktyabr (şənbə)
17:00. “Qəbələ” –“Sumqayıt”
Qəbələ şəhər stadionu