«Qəbələ» - «Sumqayıt» matçının vaxtı müəyyənləşdi
Xəbərlər / 17 Fevral 2021 | 12:27211
«Qəbələ» - «Sumqayıt» matçının vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli açıqlanıb. Turun qarşılaşmaları eyni gündə keçiriləcək. “Qəbələ” fevralın 25-də baş tutacaq turda “Sumqayıt”la görüşəcək. “Qırmızı-qaralar” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək. Oyun saat 15:00-da başlayacaq. Qarşılaşma Peşəkar Futbol Liqasının rəsmi saytında canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

XVII tur

25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu