«Qəbələ» - «Sumqayıt» matçının vaxtı müəyyənləşdi
Xəbərlər / 11 Noyabr 2021 | 17:33194
«Qəbələ» - «Sumqayıt» matçının vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XI turun oyun cədvəli açıqlanıb. Milli komandaların görüşləri ilə əlaqədar fasilədən sonra baş tutacaq turun qarşılaşmaları üç günü əhatə edəcək. “Qəbələ” noyabrın 21-də “Sumqayıt”la görüşəcək. “Qırmızı-qaralar” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

XI tur

21 noyabr (bazar)

16:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu