«Qəbələ» - «Sumqayıt» matçının vaxtı müəyyənləşdi
Xəbərlər / 8 Aprel 2022 | 17:05145
«Qəbələ» - «Sumqayıt» matçının vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli açıqlanıb. Turun qarşılaşmaları iki günü əhatə edəcək. “Qəbələ” aprelin 15-də “Sumqayıt”la görüşəcək. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyun saat 17:00-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

XXIII tur

15 aprel (cümə)

17:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu