Misli Premyer Liqasında XXIII turun oyun cədvəli açıqlanıb. Turun qarşılaşmaları üç günü əhatə edəcək. “Qəbələ” fevralın 18-də “Sumqayıt”la görüşəcək. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyun saat 15:00-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XXIII tur
18 fevral (şənbə)
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu