Misli Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. Turun qarşılaşmaları üç günü əhatə edəcək. “Qəbələ” avqustun 19-da “Sumqayıt”la görüşəcək. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyun saat 18:00-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
III tur
19 avqust (şənbə)
18:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu