Azərbaycan kubokunun mayın 19-da keçiriləcək final oyununun vaxtı dəyişdirilib. Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı öncədən nəzərdə tutulduğundan 30 dəqiqə gec başlayacaq. Görüşün başlama vaxtı hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən dəyişdirilib. Qarşılaşmanın start fiti saat 16:30-da deyil, 17:00-da veriləcək.
Xatırladaq ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.