Topaz Premyer Liqasının III turunun təyinatları açıqlanıb. Avqustun 25-26-da keçiriləcək turun oyunlarını idarə edəcək hakimlər, həmçinin onların işinə qiymət verəcək hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. İlk oyun günündə doğma meydanda “Sumqayıt”ı qəbul edəcək “Qəbələ”nin görüşünü Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Nahid Əliyevlə Cavanşir Yusifov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyası İnqilab Məmmədova həvalə edilib. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya Vüsal Əliyev hakim-inspektor, Eldar Qasımov isə AFFA nümayəndəsi kimi təyinat alıb.
Xatırladaq ki, avqustun 25-də keçiriləcək “Qəbələ” “Sumqayıt” matçı saat 18:00-da başlayacaq.
Topaz Premyer Liqası
III tur
25 avqust (şənbə)
18:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu