«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 28 Yanvar 2019 | 16:23391
«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XV turunun təyinatları açıqlanıb. Mövsümün ikinci yarısının ilk turunun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin fevralın 3-də keçirəcəyi görüşün də təyinatları bəlli olub. “Sumqayıt”la Qəbələ şəhər stadionundakı oyunu Əliyar Ağayev idarə edəcək. FİFA referisinin köməkçiləri Akif Əmirəli və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Matçın hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Şaiq Həmidov olacaq. 

Xatırladaq ki, fevralın 3-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu saat 14:00-da başlayacaq.

Topaz Premyer Liqası

XV tur

3  fevral (bazar)

14:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Şaiq Həmidov  

Qəbələ şəhər stadionu