Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb. “Qəbələ”nin “Sumqayıt”la mayın 19-da keçiriləcək matçını İnqilab Məmmədov idarə edəcək. Naxçıvanda keçiriləcək qarşılaşmanın hakim köməkçiləri Rahil Ramazanovla Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Finalda Vüsal Əliyev hakim-inspektor, Eldəniz Musayev AFFA nümayəndəsi olacaq.
Azərbaycan kuboku
Final
19 may (bazar)
“Qəbələ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası Stadionu