«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 14 Avqust 2019 | 17:31275
«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi 

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün ilk təyinatları açıqlanıb. Cümə günü start götürəcək I turun oyunlarını idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri bəlli olublar. İlk matçında öz meydanında “Sumqayıt”ı qəbul edəcək “Qəbələ”nin matçını Rauf Cabbarov idarə edəcək. 

 

Onun köməkçiləri Yaşar Abbasovla Müslüm Əliyev olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyuna hakim-inspektor kimi Ceyhun Haşımov, AFFA nümayəndəsi kimi isə Mübariz Hüseynov təyinat alıblar.

 

Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçı saat 19:00-da başlayacaq.

 

 

 

Azərbaycan Premyer Liqası

I tur

17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Ceyhun Haşımov

Qəbələ şəhər stadionu