Azərbaycan Premyer Liqasının XX turunun təyinatları müəyyənləşib. Matın 7-8-də keçiriləcək turun oyunlarını idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri bəlli olub. İlk oyun günündə öz meydanında “Sumqayıt”ı qəbul edəcək “Qəbələ”nin matçını Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Mübariz Haşımovla Namiq Hüseynov olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyuna hakim-inspektor kimi Feyzulla Feyzullayev, AFFA nümayəndəsi kimi isə İlham Əliyev təyinat alıblar.
Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçı saat 16:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XX tur
7 mart (şənbə)
16:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu