Azərbaycan Premyer Liqasının V turunun oktyabrın 3-də keçiriləcək oyunlarına təyinatlar müəyyənləşib. Turun ikinci oyun gününün qarşılaşmalarını idarə edəcək hakimlər, hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri bəlli olub. Öz meydanında “Sumqayıt”ı qəbul edəcək “Qəbələ”nin matçını Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Akif Əmirəli və Müslüm Əliyev olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyuna hakim-inspektor kimi Munis Abdullayev, AFFA nümayəndəsi kimi isə İlham Əliyev təyinat alıb.
Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçı saat 14:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
V tur
3 oktyabr (şənbə)
14:00. “Qəbələ” –“Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu