Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarına təyinatlar müəyyənləşib. Sabah baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlər, hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri bəlli olub. Öz meydanında “Sumqayıt”la görüşəcək “Qəbələ”nin matçını Səbuhi Bayramov idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimovla Nahid Əliyev olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyuna hakim-inspektor kimi Ömər Paşayev, AFFA nümayəndəsi kimi isə Maşallah Əhmədov təyinat alıb.
Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçı saat 15:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XVII tur
25 fevral (cümə axşamı)
15:00. “Qəbələ” –“ Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu