«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 18 Noyabr 2021 | 15:25174
«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi 

Azərbaycan Premyer Liqasının XI turunun oyunlarına təyinatlar müəyyənləşib. Sabah start götürəcək və üç gün davam edəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektorlar və AFFA nümayəndələri bəlli olub. Öz meydanında “Sumqayıt”la görüşəcək “Qəbələ”nin matçını Rəşad Əhmədov idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimov və Vüsal Məmmədov olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Tural Qurbanov yerinə yetirəcək. 

Xatırladaq ki, noyabrın 21-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı saat 16:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XI tur 

21 noyabr (bazar)

16:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu