«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 14 Aprel 2022 | 10:41196
«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi 

Azərbaycan Premyer Liqasında XXIII turun oyunlarına təyinatlar müəyyənləşib. Sabah start götürəcək və iki gün davam edəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektorlar və AFFA nümayəndələri bəlli olub. Öz meydanında “Sumqayıt”la görüşəcək “Qəbələ”nin matçını Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynov və Cavanşir Yusifov olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. 

Xatırladaq ki, aprelin 15-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı saat 17:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XXIII tur 

15 aprel

17:00. “Qəbələ” - "Sumqayıt"

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu