«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 15 Sentyabr 2022 | 11:40139
«Qəbələ» - «Sumqayıt» oyununun hakimləri müəyyənləşdi 

Misli Premyer Liqasında VII turun təyinatları açıqlanıb. Sentyabrın 16-18-də keçiriləcək matçların hakimləri müəyyənləşib. “Qəbələ”nin “Sumqayıt”la qarşılaşmasının təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayevlə Rahil Ramazanov olacaq. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. 

Xatırladaq ki, sentyabrın 17-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sumqayıt” qarşılaşması saat 19:00-da başlayacaq.

 

Misli Premyer Liqası

VII tur

17 sentyabr (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Ömər Paşayev

Qəbələ şəhər stadionu