Misli Premyer Liqasında XXIII turun təyinatları açıqlanıb. Fevralın 17-19-da keçiriləcək matçların hakimləri müəyyənləşib. “Qəbələ”nin “Sumqayıt”la qarşılaşmasının təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalovla Şirmamed Mamedov
olacaq. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, fevralın 18-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sumqayıt” qarşılaşması saat 15:00-da başlayacaq.
Misli Premyer Liqası
XXIII tur
18 fevral (şənbə)
15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu