Misli Premyer Liqasında III turun təyinatları açıqlanıb. Avqustun 18-20-də keçiriləcək matçların hakimləri müəyyənləşib. “Qəbələ”nin “Sumqayıt”la qarşılaşmasının təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Kamranbəy Rəhimov idarə edəcək. Onun köməkçiləri Kamran Bayramov və Rəhman İmami olacaq. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, avqustun 19-da Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sumqayıt” qarşılaşması saat 18:00-da başlayacaq.
Misli Premyer Liqası
III tur
19 avqust (şənbə)
18:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu