Misli Premyer Liqasında mövsümün ikinci yarısının ilk təyinatları açıqlanıb. Yanvarın 21-23-də keçiriləcək XIX turun matçların hakimləri müəyyənləşib. “Qəbələ”nin “Sumqayıt”la qarşılaşmasının təyinatları da bəlli olub. “Qırmızı-qaralar”ın ev matçını Kamal Umudlu idarə edəcək. Onun köməkçiləri Vüsal Məmmədov və Zöhrab Abbasov olacaq. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.
Xatırladaq ki, yanvarın 23-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sumqayıt” qarşılaşması saat 16:30-da başlayacaq.
Misli Premyer Liqası
XIX tur
23 yanvar (çərşənbə axşamı)
16:30. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu