Misli Premyer Liqasında XI turun təyinatları açıqlanıb.
“Zəfər turu”nda baş tutacaq “Qəbələ” - “Sumqayıt” görüşünün baş hakimi Rəşad Əhmədov olacaq. Ona Namiq Hüseynov və Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.
Qarşılaşmada Cavid Cəlilov VAR, Kamran Bayramov AVAR olacaq. Feyzulla Feyzullayev hakim-inspektor, Elçin Mehtiyev AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, I dövrənin son turunun Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sumqayıt” matçı saat 16:44-də başlayacaq.