Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının cədvəli açıqlanıb. Fevralın 11-13-də baş tutacaq matçların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Sumqayıt”la evdə keçirəcəyi oyunun da vaxtı bəlli olub. Fevralın 13-də keçiriləcək görüş saat 15:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, ilk oyunda “Qəbələ” 1:0 hesablı qələbə qazanıb.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunu
13 fevral (bazar)
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu