“Sumqayıt” – “Qəbələ” – 2:1
29 aprel 2017. Saat 16:00. Kapital Bank Arena, 1380 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Elşad Abdullayev
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Amil Yunanov, 38 (hakim qərarına etiraz); Rail Məlikov, 78 (qeyri-idman hərəkəti); Mirabdulla Abbasov, 88 (qeyri-idman hərəkəti) // Qismət Alıyev, 90 (hakim qərarına etiraz)
Qollar: Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29 // Asif Məmmədov, 40
Artırılan vaxt: I hissədə - dəq.; II hissədə - dəq.
Bu gün Topaz Premyer Liqasında XXVIII turun oyunlarına start verilib. “Qəbələ” mövsümün son turunda “Sumqayıt”la qarşılaşıb. Tarixində ilk dəfə gümüş medal qazanan “qırmızı-qaralar” üçün səfər oyunu formal xarakter daşıyıb. Bu üzdən baş məşqçi Roman Qriqorçuk meydana fərqli heyət buraxıb. Belə ki, ötən turun “İnter”lə matçında start heyətdə yer alan futbolçulardan heç biri bu dəfə “11-lik”də olmayıb. Əvvəlki çempionat matçlarında əvəzolunmadan şans qazanan Dmitri Bezotosnı, həmçinin bütün qarşılaşmalarda iştirak edən Filip Ozobiçin oynamadığı görüş bəzi məqamlarla da diqqət çəkib. David Pietrzkieviç mövsümdə ilk Premyer Liqa oyununa çıxıb, Elvin Camalov isə zədəsinin əməliyyat olunmasından sonra şans qazanıb. Əvəzedici heyətdən cəlb edilən Ülvi İbazadə isə start heyətdə yer almaqla əsas komandada debütünü rəsmiləşdirib.
Matç qarşılıqlı hücumlarla başlayıb. Mübarizənin daha çox meydanın mərkəzində getdiyi matçda ilk real qol vəziyyətini “Qəbələ” yaradıb. Lakin qapıçı ilə üz-üzə qalan Baqali Dabo bu imkandan yararlana bilməyib. Mövsümü qələbə ilə başa vurmaq istəyən “qırmızı-qaralar”ın hücumlara aludə olması meydan sahibləri üçün sürətli əks-həmlələr təşkil etmək imkanı yaradıb. Məhz belə şansdan yararlanan sumqayıtlılar görüşdə hesabı açıb. “Qəbələ”nin qapısına Amil Yunanov yol tapıb. Qoldan cəmi iki dəqiqə sonra meydan sahibləri yenidən azarkeşlərini sevindirib. Bu dəfə Mirabdulla Abbasov fərqlənib. Qapısında iki qol görən “qırmızı-qaralar” toparlanmağı bacarıb. Hücumlarının sayını və kəsərini artıran Qriqorçukun yetirmələri fasiləyədək qollardan birinin əvəzini çıxa bilib. Rəşad Eyyubovla divar paslaşmasından sonra qapıçı ilə üz-üzə qalan Asif Məmmədov rəqib qapısının torunu silkələyib. Bu, meydana kapitan kimi çıxan yarımmüdafiəçinin “Qəbələ” karyerasında 10-cu qol olub. Komandamız ilk hissənin sonlarında hesabda tarazlıq yaratmağa da yaxın olub. Lakin “Sumqayıt”ı qoldan qapı dirəyi xilas edib.
İkinci hissə başlayan kimi “Qəbələ” böyük qüvvə ilə irəli atılıb. 45 dəqiqənin ilk bölümündə topa nəzarət edən komandamız ərazi üstünlüyünə də yiyələnib. Sumqayıtlılar isə əks-hücumlarda fərqi artırmağa çalışıb. Lakin komandalar rəqib müdafiə xəttini yarmaqda ciddi çətinliklə üzləşib. Bu üzdən qapılar önündə qol vəziyyəti yaranmayıb. Hissənin ortalarında meydan sahibləri oyunda tarazlıq yaradıb və goru qarşılıqlı hücumlarla davam edib. Lakin bu hücumların əksəriyyəti cərimə meydanı xaricində başa çatıb. Qapı istiqamətində azsaylı zərbələrdə isə dəqiqlik olmayıb.
Beləliklə, 2016/17 mövsümündə Premyer Liqada son oyununu keçirən “Qəbələ” Sumqayıt səfərindən xalsız dönüb – 1:2.
“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Seymur Əsədov
(39. Tural Bayramlı, 79)
9. Amil Yunanov
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı
20. Fərhad Qıstarov
22. Mirabdulla Abbasov
77. Ehtiram Şahverdiyev
97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
13. Bəhlul Mustafazadə
21. Nasir Abilayev
25. Ayaz Mehdiyev
70. Fərid Kərimzadə
74. Yusif Nəbiyev
Baş məşqçi: Samir Abasov
“Qəbələ”
33. David Pietrzkeviç
4. Elvin Camalov
(70. Fərid Nəbiyev, 46)
5. Rasim Ramaldanov
(13. Murad Musayev, 46)
8. Qismət Alıyev
11. Asif Məmmədov (k)
18. Baqali Dabo
(90. Ramil Hasanov, 71)
21. Roman Hüseynov
27. Teo Uiks
32. Rəşad Eyubov
26. Ülvi İbazadə
44. Rafael Santos
Ehtiyat oyunçular:
35. Murad Popov
29. Hacıağa Hacıyev
16. Ülvi İsgəndərov
98. Rövlan Muradov
Baş məşqçi: Roman Qriqorçuk