“Qəbələ” İdman Klubunun taekvondoçuları “Luxembourg Open” beynəlxalq turnirində uğurla çıxış edib. Azərbaycan milli komandasının heyətində çıxış edən iki idmançımız yarışı fəxri kürsüdə başa vurub. 63 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov bütün rəqiblərini qalib gəlib. İdmançımız Lüksemburqda təşkil olunan yarışın qızıl medalına yiyələnib. 54 kq çəki dərəcəsində çıxış edən Məcid Sofiyev də yarışı mükafatçılar arasında başa vurub. Taekvondoçumuz 3-cü yeri tutub, bürünc medala yiyələnib.