«Qəbələ» taekvondoçularının ilk uğuru
Xəbərlər / 18 Fevral 2014 | 07:07205
Qısa müddətdir fəaliyyətə başlayan "Qəbələ" İdman Klubunun taekvondo bölməsi ilk uğuruna imza atıb. Gənclər arasında Sumqayıt açıq birinciliyinə qatılan idmançılarımız yarışı 1 qızıl və 1 gümüş medalla yekunlaşdırıb. Bütün rəqiblərini məğlub edən Kənan Qasımov 73 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 51 kq-da mübarizə aparan Əli Məmmədov isə turnirin gümüş medalına sahib olub.