“Qəbələ” – “Qarabağ” – 0:1
21 may 2018.Saat 19:00.“Azersun Arena”. 3000 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Filip Ozobiç, 74 (qeyri-idman hərəkəti); Təmkin Xəlilzadə, 85 (hakimə etiraz) // Ağabala Ramazanov, 15 (hakimi aldatmağa cəhd); Rəşad Sadıqov, 50 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Cavid Hüseynov, 45+2 (rəqibi bilərəkdən əllə vurduğuna görə)
Qol: Dani Kintana, 22 (p.)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
Bu gün Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub. Həm mövsümün, həm də XXVIII turun sonuncu qarşılaşması “Azərsun Arena”da baş tutub. Azərbaycan çempionatını ilk iki pillədə başa vuran “Qarabağ” və “Qəbələ” Bakıda üz-üzə gəlib. Gümüş mükafatı təmin edən “qırmızı-qaralar” çempionla matçı evdə keçirməli olsa da, qarşılıqlı razılıqla rəqibin meydanına nominal meydan sahibi kimi çıxıblar. Ötən turla müqayisədə Roman Qriqorçuk start heyətində bir dəyişiklik edib. Bu dəfə Təmkin Xəlilzadə ilk “11-lik”də yer alıbsa, Ürfan Abbasov start heyətdə olmayıb.
Görüşə daha fəal başlayan Ağdam təmsilçisi topa nəzarəti ələ alsa da, uzun müddət qapılar önündə təhlükə yaranmayıb. Stiven Monrozun əlverişli mövqedəki Cavid Hüseynova ötürməsi təhlükəli alınsa da, kapitan topla istədiyi kimi rəftar edə bilməyib. Az sonra fransalının özü fərqlənməyə yaxın olub. Üz-üzə qaldığı rəqib qapıçı onu qabaqlasa da, gözlənilmədən topu əlindən buraxıb. Stiven iti bucaq altından çərçivəyə düşə bilməyib. “Qarabağ”ın ilk təhlükəli hücumu penalti ilə nəticələnib. Dani Kintana bu imkandan dəqiq istifadə edib. Buraxılan qoldan sonra Qriqorçuk Filip Ozobiçi meydana buraxıb. “Qəbələ” hissənin ikinci yarısında daha çox hücum qurmağa çalışsa da, qonaqların müdafiə xətti etibarlılığı ilə seçilib. Düzdür, cərimə meydanındakı paslaşmadan sonra Monroz üz-üzə qaldığı qapıçının yanından zərbə endirib. Top dirəyə tuş gəlib. Təhlükəli nöqtədən Ozobiçin yerinə yetirdiyi cərimə zərbəsi isə canlı səddən dönüb. Fasilə ərəfəsində Cavid Hüseynov qırmızı vərəqə alıb və “qırmızı-qaralar” azlıqda qalıb.
Qriqorçuk ikinci hissədə Asif Məmmədovu meydana buraxıb. Lakin say üstünlüyündən istifadə edən Ağdam təmsilçisi topa daha çox nəzarət edib. Düzdür, “Qarabağ” fasilədən sonra real qol vəziyyətləri yarada bilməyib. Buna müdafiəçilər və qapıçının inamlı çıxışı imkan verməyib. “Qəbələ” isə hesabda tarazlıq yaratmaq üçün bir neçə vəziyyət əldə edib. Öncə cinah ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan İlqar Qurbanovun zərbəsini qolkiper dəf edib. Bir dəqiqə sonra Asif cərimə meydanından endirdiyi zərbə ilə qonaqlara həyəcan yaşadıb. Lakin top dirəyin yanından ötüb. Matçın sonlarında İlqar daha bir imkanı da qaçırıb.
Beləliklə, mövsümün son oyununu paytaxtda “Qarabağ”a qarşı keçirən “Qəbələ” qarşılaşmadan xalsız ayrılıb.
“Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
(19. Filip Ozobiç, 28)
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
9. Baqali Dabo
(10. Ruslan Qurbanov, 75)
14. Cavid Hüseynov (k)
15. Vitali Vernidub
18. İlqar Qurbanov
28. Stiven Monroz
33. Təmkin Xəlilzadə
45. Famussa Kone
(11. Asif Məmmədov, 46)
Ehtiyat oyunçular:
23. Aqil Məmmədov
35. Murad Popov
3. Voislav Stankoviç
6. Elvin Məmmədov
29. Hacıağa Hacıyev
34. Urfan Abbasov
74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
“Qarabağ”
13. İbrahim Şehiç
2. Qara Qarayev
5. Maksim Medvedev
8. Markos Madera
11. Mahir Mədətov
14. Rəşad Sadıqov (k)
30. Abbas Hüseynov
32. Elvin Yunuszadə
(55. Bədavi Hüseynov, 90+2)
44. Ağabala Ramazanov
(90. Ramil Şeydayev, 66)
91. Coşqun Diniyev
(7. Rahid Əmirquliyev, 71)
99. Dani Kintana
Ehtiyat oyunçular:
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
17. Elçin Rəhimli
66. Cavid Bayramov
24. Nihad Tamazov
Baş məşqçi: Qurban Qurbanov