«Qəbələ» Tovuza yola düşür - Fotoreportaj
Xəbərlər / 5 Avqust 2022 | 23:07215
«Qəbələ» Tovuza yola düşür - Fotoreportaj

“Qəbələ” Misli Premyer Liqasının 2022-2023-cü illər mövsümünə avqustun 8-də start verəcək. “Qırmızı-qaralar” I turun son görüşündə “Turan Tovuz”la qarşılaşacaq.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri oyunun hazırlığını bugünkü məşqlə başa vurub. Komandamız sabah matçın keçiriləcəyi Tovuza yola düşəcək. “Qırmızı-qaralar” son məşqlərini Tovuz şəhər stadionunda gerçəkləşdirəcək. 

Xatırladaq ki, avqustun 8-də baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.