“Qəbələ” “Turan Tovuz”la qarşılaşdı
Xəbərlər / 13 Sentyabr 2025 | 21:5113746
“Qəbələ” “Turan Tovuz”la qarşılaşdı

“Turan Tovuz” – “Qəbələ” – 1:0

13 sentyabr 2025. Saat 19:00. “Azersun Arena”, 1200 tamaşaçı

Baş hakim: Cavid Cəlilov

Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev

Dördüncü hakim: Emin Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Emin Cəfərov

Sarı vərəqə: Eduardo Kunde, 64 (qeyri-idman hərəkəti)

Qol: Aleks Souza, 54

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

“Qəbələ” növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” Misli Premyer Liqasının IV turunda “Turan Tovuz”la qarşılaşıb. Görüş “Azersun Arena”da baş tutub.

 

“Qəbələ” ilk yarıda topa daha çox nəzarət edib. İlk 45 dəqiqədə Adriel Ba Lua və Xayme Syerranın zərbələri yadda qalan olsa da, hesab açılmayıb.

 

İkinci hissənin əvvəlində Tovuz təmsilçisi hesabı açıb.   “Qırmızı-qaralar” buraxılan topdan sonra oyunda dönüş yaratmağa çalışıb. Lakin futbolçularımızın bərabərlik qolunu vurmaq istəyi gerçəkləşməyib. Beləliklə, komandamız səfər görüşündən xalsız ayrılıb – 0:1.

 

Qeyd edək ki, “Qəbələ” V turda “Kəpəz”i qəbul edəcək. Sentyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

 

 

“Turan Tovuz”

1. Oleq Baklov

29. Filip Ozobiç

(17. Rəhim Sadıxov, 82)

88. Faiq Hacıyev (k)

5. Roderik Miller

(4. Şəhriyar Əliyev, 86)

3. Enrike Silva

23. Alexandro Serrano

99. Vadji İbrahima

(90. Joarlem Santos, 65)

15. Emmanuel Hakman

32. Hayderson Hurtado

19. Roberto Olabe

21. Aleks Souza

(11. Ayxan Hüseynov, 82)

Ehtiyat oyunçular:

41. Sergey Samok

13. Mehman Hacıyev

10. Xəyal Nəcəfov

6. Fərid Yusifli

2. Abdulla Rzayev

77. Veysəl Rzayev

Baş məşqçi: Kurban Berdiyev

 

“Qəbələ”

1. Səlahət Ağayev

28. Murad Musayev (k)

13. Nicat Əliyev

(7. Rüfət Əhmədov, 82)

10. Şahin Şahniyarov

(22. Fərid İsgəndərov, 73)

27. Eşqin Əhmədov

(70. Paulo Quimbila, 87)

50. Adriel Ba Loua

(12. İbrahim Sanqare, 73)

3. Eduardo Kunde

6. Xayme Syerra

16. İsaak Amoah

14. Domi Massumo

30. Prins Ovusu

Ehtiyat oyunçular:

94. Həbib Hüşənov

11. Asif Məmmədov

74. Süleyman Damadayev

66. Nuğay Rəşidov

26. Elnur Mustafayev

17. Qədir Ramazanov

21. Ziya Şəkərxanov

Baş məşqçi: Kaxaber Tsxadadze