Misli Premyer Liqasında 2022-ci ilin son təyinatları açıqlanıb. Dekabrın 23-25-də keçiriləcək XVIII turun matçlarının hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Turan Tovuz”la qarşılaşmasının da təyinatları bəlli olub. Turun ikinci günündə ev görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Kamal Umudlu idarə edəcək. Onun köməkçiləri Kamran Bayramovla Şirmamed Mamedov olacaq. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Turan Tovuz” qarşılaşması saat 15:00-da başlayacaq.
Misli Premyer Liqası
XVIII tur
24 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu