Misli Premyer Liqasında XXXIV turun təyinatları açıqlanıb. Mayın 12-17-də keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Turan Tovuz”la qarşılaşmasının da təyinatları bəlli olub. Turun ikinci günündə ev görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Nicat İsmayıllı idarə edəcək. Onun köməkçiləri Pərvin Talıbov və Şirmamed Mamedov olacaq. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Turan Tovuz” qarşılaşması saat 18:00-da başlayacaq.
Misli Premyer Liqası
XXXIV tur
13 may (şənbə)
18:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu