Misli Premyer Liqasında XIV turun təyinatları açıqlanıb.
Dekabrın 8-də keçiriləcək “Qəbələ” – “Turan Tovuz” görüşünün baş hakimi Tural Qurbanov olacaq. Ona Asiman Əzizli və Eyyub İbrahimov kömək edəcəklər.
Elvin Bayramov dördüncü hakim, Nicat İsmayıllı VAR, Şirmamed Mamedov AVAR funksiyasını yerinə yetirəcək. Vüsal Əliyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.