«Qəbələ» Türkiyə təmsilçisini darmadağın etdi
Xəbərlər / 10 İyul 2013 | 18:13310
«Qəbələ» Türkiyə təmsilçisini darmadağın etdi

Türkiyənin Sparta bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ" qardaş ölkədə üçüncü yoxlama oyununu keçirib. Daha öncə "Metallurq" Zaparojye (1-1) və "Trabzonspor"la (0-2) qarşılaşan Yuri Syominin yetirmələri bu dəfə "Spartaspor"u sınağa çəkib.
"Qəbələ" meydançaya aşağıdakı start heyətlə çıxıb:
David Pietrzkeviç, Rail Məlikov, Deyan Kelhar, Levin, Sadiq Quliyev, İbrahima Niasse, Lorenzo Ebesilyo, Subotiç, Yannik Kamanan, Dodo, Nizami Hacıyev.

İlk dəqiqələrdən üstünlüyü ələ keçirən "Qəbələ" reqibini meydançaya çıxmağa peşman edib - 7:0. "Qırmızı-qaralar" qələbə gətirən qollara Yannik Kamanan (2), Deyan Kelhar (2), Nuran Qurbanov (2) və Loorival Assis imza atıb.

"Qəbələ" qardaş ölkədə son oyununu iyulun 13-ü "Antalyaspor"a qarşı keçirəcək.