“Qəbələ” 2019/20 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanıb. Boluda təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” iyulun 18-dək qonşu ölkədə hazırlaşacaq. Komandamız “Koru” otelində məskunlaşacaq.
Hazırlıq prosesində “Qəbələ” üç yoxlama oyunu keçirəcək. Bu görüşlər iyulun 7-də, 11-də və 17-də baş tutacaq. İlk iki oyundakı sınaqçı rəqiblər dəqiqləşib. Ukrayna təmsilçiləri ilə görüşəcək Sənan Qurbanovun yetirmələri öncə “Mariupol”, ardınca “Vorskla” ilə üz-üzə gələcək.