“Qəbələ” Türkiyəyə yollanıb. “Qırmızı-qaralar” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığını qonşu ölkədə davam etdirəcək. Bu gün səhər Antalyaya yola düşən komandamız yanvarın 26-dək burada məşq edəcək.
“Qəbələ” Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. İki həftəlik hazırlıq çərçivəsində “qırmızı-qaralar” 4 yoxlama matçında qüvvəsini sınayacaq. Elmar Baxşıyevin yetirmələri yanvarın 14-də Macarıstanın MTK, 18-də Rusiyanın “Çayka”, 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.
Xatırladaq ki, mövsümün ikinci yarısının hazırlığına yanvarın 4-də start verən “Qəbələ” məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirib. Paytaxtdakı hazırlığı yoxlama oyunu ilə başa vuran komanda MOİK-ə 4:0 hesabı ilə qalib gəlib.