«Qəbələ» Türkiyəyə yollandı
Xəbərlər / 3 İyul 2022 | 17:46170
«Qəbələ» Türkiyəyə yollandı

“Qəbələ” 2022/23 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanıb. Boluda təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” iyulun 19-dək qonşu ölkədə hazırlaşacaq. Komandamız Boludakı “Termal” otelində məskunlaşacaq. 

Hazırlıq prosesində “Qəbələ” iki yoxlama oyunu keçirəcək. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Konfrans Liqasında qüvvəsini sınayacaq “qırmızı-qaralar” II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la görüşəcək. İlk oyun iyulun 21-də səfərdə, cavab qarşılaşması bir həftə sonra  Qəbələdə baş tutacaq.