«Qəbələ» U-17 kubokunu qazandı - Fotoreportaj
Xəbərlər / 27 May 2021 | 21:03412
«Qəbələ» U-17 kubokunu qazandı - Fotoreportaj

“Qəbələ” U-17 kubokunu qazanıb. “Qırmızı-qaralar” bu gün keçirilən final oyununda “Qarabağ”la qarşılaşıb. Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib – 2:2. Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Zaur Hacıyevin yetirmələri 5:4 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim olunub.