“Qəbələ” üçün seminar
Xəbərlər / 18 Fevral 2025 | 22:05448
“Qəbələ” üçün seminar

AFFA-nın Hakimlər Komitəsinin üzvü Anar Salmanov “Qəbələ”nin əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb. O, komanda üçün seminar keçib.

 

“Qırmızı-qaralar”ın üzvləri oyun qaydalarındakı yeniliklərlə tanış olub, həmçinin VAR və bəzi qaydalar barədə ətraflı məlumatlandırılıb. Salmanov seminar iştirakçılarının oyun qaydaları ilə bağlı suallarını cavablandırıb. Seminarın sonunda müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.