«Qəbələ» UEFA Gənclər Liqasında mübarizəyə başladı
Xəbərlər / 12 Sentyabr 2022 | 20:54189
«Qəbələ» UEFA Gənclər Liqasında mübarizəyə başladı

“Hayduk” (Xorvatiya)- “Qəbələ” (Azərbaycan) – 3:0

UEFA Gənclər Liqası. Çempionlar yolu, I mərhələ. İlk oyun

12 sentyabr. Saat 19:00. Split. “Polyud” stadionu

Baş hakim: David Smayç (Sloveniya)

Baş hakimin köməkçiləri: David Qabroveç, Tomaş Çerne (hər ikisi Sloveniya)

Dördüncü hakim: Ante Terziç (Xorvatiya)

Sarı vərəqələr: Niko Colonqa, 50, Mark Xrvoyeviç, 74 // Sənan Ağalarov, 11, Rüfət Bədəlzadə, 86

Qollar: Yere Vrtsiç, 24 (pen.), Marin Kaluşiç, 51, Nazor,  83

Artırılan vaxt: I hissədə 1 dəq., II hissədə 3 dəq.

 

UEFA Gənclər Liqasının Çempionlar yoluna start verilib. “Qəbələ”nin U-19 komandası I mərhələdə mübarizəyə başlayıb. Azərbaycan çempionu səfərdə Xorvatiya təmsilçisi “Hayduk”la ilk oyununu keçirib.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda bir neçə təhlükəli vəziyyət yaradıb. 19-cu dəqiqədə Xəyal Səmədovun yaddaqalan zərbəsini rəqib qolkiper dəf edib. Hissənin ortalarında fəallığı artıran meydan sahibləri 25-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti ilə hesabı açıb. İlk qoldan fasiləyədək azarkeşlər qarşılıqlı hücumlar izləsə də, hesab dəyişməyib.

İkinci hissəyə hər iki komanda əvəzetmələrlə başlayıb. Fasilədən az sonra “Hayduk” daha bir qol vurub. Oyunda dönüş yaratmağa çalışan “qırmızı-qaralar”ın heyətində Mehrac Baxşalı fərqlənməyə yaxın olub. Onun zərbəsini qapıçı dəf edib. Matçın sonlarında “Qəbələ” fəallığı daha artırıb. Sənan Ağalarovun zərbəsinin qarşısını yenə qolkiper alıb. Mehrac Baxşalının cərimə zərbəsi yaddaqalan alınsa da, çərçivəyə düşməyib. Ardıcıl hücumlar edən “qırmızı-qaralar” rəqibin təhlükəli həmləsinin qarşısını ala bilməyib və xorvatiyalılar üçüncü qolu vurub.

Xatırladaq ki, komandalar arasında cavab görüşü oktyabrın 4-də Qəbələdə baş tutacaq.

 

“Hayduk”

33. Borna Bulian

2. Niko Colonqa

(31. Mark Xrvoyeviç, 57)

3. İvan Dominiç

(30. Marin Kaluşiç, 46)

4. Mateo Yuriç-Petraşilo

5. Luka Vuşkoviç

6. Vako Şemiqa

8. Marko Sapan (k)

9. Mate Antunoviç

(7. Boşko Yemo, 64)

10. Yere Vrtsiç

(26. Nino Duiç, 81)

11. Roko Braykoviç

(28. Kreşimir Nazor, 64)

14. Şimun Hrqoviç

Ehtiyat oyunçular:

99. David Fesyuk

29. Niko Paviç

Baş məşqçi: Marian Budimir

 

“Qəbələ”

12. Həsən Həsənli

2. Samir Ağayev

3. İbrahim Ramazanov

5. Murad Musayev

7. Ağabəkir Həşimli

(15. Kənan Baxışov, 55)

9. Sənan Ağalarov

(8. Elmir Hüseynli, 81)

10. Fərid Kələntərov

(16. Eşqin Əhmədov, 38/

4. Rüfət Bədəlzadə, 81)

13. Ravil Qafarov

14. Şahin Şahniyarov

17. Xəyal Səmədov (k)

(6. Fuad Əhmədov, 46)

18. Mehrac Baxşalı

Ehtiyat oyunçular:

1. Məmməd Muradov

11. Bilal İsmayılov

Baş məşqçi: Zaur Hacıyev